Evd Lab Xidmet kicik

Partnyorlarımız

  • 01avaz.png
  • 01firstplus.jpg
  • 01header-logo-2.png
  • 01medical-med.png
  • 01medical.png
  • 01medshop.png
  • 01medsis.jpg
  • 01proteinshop.png
  • 01variteks_logo.jpg
  • 01vitafarma.png
  • avaz.png
  • firstplus.jpg
  • header-logo-2.png
  • medical-med.png
  • medical.png
  • medshop.png
  • medsis.jpg
  • proteinshop.png
  • variteks_logo.jpg
  • vitafarma.png

IsoHD 90 CFM Protein (1800g)

isohd
amix-logo
Qiymət:110,00 AZN
Endirimli qiymət:105,00 AZN

IsoHD® 90 CFM Protein – Amix™ şirkəti tərəfindən xüsusi tərtib edilmiş yeni növ zülal kompleksidir. Bu 100 faizlik whey protein içkisi yüksək miqdarda L-Qlütamin, PepForm™ Triple-Matrix, AminoGen® enzimləri və LactoSpore™ probiotikləri ehtiva edir.

CFM® (Cross Flow Microfiltration) – çarpaz axın mikrofiltrasiyası kimi tərcümə olunan bu sistem ən müasir prosesləri özündə birləşdirir. Bu proseslərin nəticəsində alınan məhsulun tərkibində bütün vacib zülal mikrofraksiyaları və bioaktiv peptidlər cəmlənir.

L-Qlütamin – insan orqanizmində əvəzolunmaz ən zəngin amin turşusudur. Eninəzolaqlı (skelet) əzələlərindəki amin turşuların 60 faizdən çoxunu və ümumi orqanizmdəki amin turşularının 20 faizdən çoxunu məhz L-Qlütamin təşkil edir. Bütün bunlardan əlavə L-Qlütamin zülalın sintezində və əzələlərin bərpasında mühüm rol oynayır.

PepForm™ Triple-Matrix – PepForm BCAA 2:1:1, PepForm leysin peptidləri və 1:1:1 nisbətində PepForm triptofan peptidlərindən ibarət kombinasiyadır. Bu komponentlərin alınması üçün sərbəst formada olan amin turşuları müasir fraksiyalaşdırma və ayırma texnalogiyalarından istifadə nəticəsində şəkər zərdabından ayrılmış peptidlərlə birləşdirilir.

AminoGen® - patentləşdirilmiş və təbii yolla alınan bitki enzimləridir. Həzm sistemini gücləndirmək istəyən hər bir kəs üçün əvəzolunmaz məhsuldur.

LactoSpore™ - həzmi yaxşılaşdırmaq və immun sistemini gücləndirmək üçün nəzərdə tutulmuş probitiklərdir.

Əsas üstünlükləri:

Protein əzələ kütləsinin artmasına təkan verir
Protein əzələ kütləsinin qorunub saxlanmasına yardım edir
Tərkibində Aspartam yoxdur
PepForm™ Triple-Matrix, AminoGen® və LactoSpore™ ehtiva edir.
Tez həzm olunur

İstifadə qaydası: 1 ölçü qaşığı maddəni (30qr) 200-300 ml su və ya aşağı yağ faizli südlə qarışdırın. Gün ərzində zülal tələbatınızdan asılı olaraq 2-3 dəfə qəbul edin.

İstehsalçı şirkət: Amix

Çatdırılma: pulsuzdur

Sifariş üçün: (055) 232-52-11