Evd Lab Xidmet kicik

Dr. Fərhad Əhmədov

İxtisası:
Nevropatoloq

Təhsili: 
1991-ci ildə Bakı şəhərindəki 5 saylı kimya-biologiya təmayüllü məktəbi gümüş medalla bitirmişdir.
1991-1997-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsində təhsil almışdır.

İnternatura:
1997-1998-ci illərdə akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında həkim-nevropatoloq ixtisası üzrə internatura kursunu keçmişdir.

İş təcrübəsi:
1998-2001-ci illərdə hərbi həkim kimi cəbhə bölgəsində həqiqi hərbi xidmət keçmişdir.
2001-2003 cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin hərbi hospitalında həkim-nevropatoloq vəzifəsində çalışmışdır.
2003-2007-ci illərdə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim komissiyasında ekspert-nevropatoloq vəzifəsində çalışmışdır.

Müalicə etdiyi xəstəliklər:
Nevrozlar, vegetativ-damar distoniyası, üz sinirinin nevriti, üçlü sinirin nevralgiyası, epilepsiya, beyin qan dövranının pozğunluqları, miqren,onurğanın osteoxondrozu, parkinsonizm,miasteniya və s.

Tibb xidməti mayorudur. İstefaya çıxdıqdan sonra şəxsi klinikalarda işləmişdir.
2 ildən artıq internetdə online konsultasiya ilə məşğuldur. Bu müddət ərzində 1000-ə yaxın xəstənin konsultasiyasını keçirmişdir.
www.dodromed.az, www.tibb.azwww.medsite.az saytlarında 10-dan artıq elmi məqalənin müəllifidir.