Evd Lab Xidmet kicik

Dr. Vüsal Mehdiyev

Dr. Vüsal Mehdiyev oğlu 1999-2005-ci illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında müalicə işi fakültəsində təhsil almışdır

2005-2007-ci illərdə isə həmin Akademiyanın mama və ginekologiya kafedrasında klinik ordinatura keçmişdir.

2008-2011-ci illərdə Rusiya Federasiyasının İ.M. Seçenov adına I Moskva Dövlət Tibb Universitetinə aspiranturaya daxil olmuş və 2011-ci ildə “3D transvaginal ultrasəs müayinənin rəngli və energetik doppler rejimində yumurtalıqların şişlərinin differensial diaqnostikasında klinik əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının qərarı ilə 25 yanvar 2012-ci ildə V.E. Mehdiyevə tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir.

V.E. Mehdiyev 04 yanvar 2011-ci ildən bu günə kimi Respublika Müalicəvi Diaqnostika Mərkəzində mama-ginekoloq vəzifəsində çalışır.
İşlədiyi müddət ərzində, V.E. Mehdiyev özünü ixtisaslaşmış mütəxəssis, bacarıqlı praktiki ginekoloq cərrah kimi göstərmişdir. Yüksək nəzəriyyə və elmi təlim hazırlığına malikdir. Klinikanın rəhbərliyi və əməkdaşları arasında böyük hörmət qazanmışdır.

V.E. Mehdiyev 8 elmi məqalənin müəllifidir. Dəfələrlə respublikada və xarici ölkələrdə keçirilən elmi konqres və qurultaylarda elmi məruzələr ilə çıxış etmişdir.

Hal hazırda "Respubllika Diaqnostika Mərkəzin"də çalışır